Yeni tədris ilində ilk pedaqoji şura keçirildi 

   Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə "2018/2019-cu dərs ilinin yekunları" və "2019/2020-ci tədris ilində qarşıda duran vəzifələr" mövzusunda ilk pedaqoji şura keçirildi. Məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar Müəllimi Gülnaz Abdullayeva çıxış edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dars ilinin prioritet fəaliyyət istiqamətləri baradə" 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində va "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlar haqqında" 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin bu il də davam etdirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə pedaqoji kollektivi tanış etdi. Həmçinin o, "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin vacib sahəsi olan ümumi təhsilin xüsusi əhəmiyyətindən danışaraq ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsindən danışdı. Gülnaz Abdullayeva sentyabr konfransında cənab nazir Ceyhun Bayramovun çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə qüvvələrin səfərbər ediləcəyini kollektivin nəzərinə çatdırdı.

   Məruzəçi 2018/2019-cu dərs ilində məktəbin uğurlarını, ayrı-ayrı fənlər üzrə təlim göstəricilərini, keyfiyyəti, DİM-in 9-11-ci siniflər hesabatını pedaqoji kollektivin nəzərinə çatdırdı. Həmçinin qeyd edildi ki, 2019/2020-ci dərs ilinin ilk məşğələsi ibtidai siniflərdə "idman və sağlamlıq", 5-9-cu siniflərdə "mütaliə - mənəvi zənginliyə aparan yol", 10-11-ci siniflərdə "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olunsun.

   Məktəbin direktoru pedaqoji kollektivi 2019/2020-ci tədris ilində ruh yüksəkliyi ilə çalışmağa, fənlərin tədrisi keyfiyyətini yüksəldilməsinə çalışmağa çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi