Zahid Xəlillə görüş keçirildi

   Şagirdlərin oxu bacarıqlarını, mütaliə vərdişlərini inkişaf etdirmək məqsədilə Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə uşaqların sevimlisi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, istedadlı filoloq, alim, jurnalist, respublikanın əməkdar müəllimi Zahid Xəlillə görüş keçirilmişdir.
   Akt zalı bayramsayağı bəzədilmişdi. Bütün zal daxil olan qonaqları "Gözəl günlər" mahnısı ilə salamladılar.
   Məktəbin direktoru Gülnaz Abdullayeva qonaqları salamladı. Məktəbin müəllimi Hüseynova Məhəbbət Zahid Xəlilin həyat və yaradıcılığı haqqında məlumat verdi. Məktəbin 2a, 3ç, 4b, 7b sinif şagirdlərinin ifasında Zahid Xəlilin şeirləri səsləndi. Tədbirin sonunda Zahid Xəlil çıxış edərək şagirdlərin sualına cavab verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi