Nümunəvi sinifə şəhid adı verildi

   Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkminləşdirilməsi ilə bağlı tədbirlər haqqında Təhsil Nazirliyinin 2019-cu il Fəaliyyət Planının 3.1.9-cu bəndinə əsasən ümumtəhsil məktəblərində nümunəvi siniflərin qəhrəmanların adı ilə adlandırılması ilə əlaqədar Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin 3a sinfinə şəhid Akif Məhərrəmovun adının verilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə açıldı. Məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar Müəllimi Gülnaz Abdullayeva çıxış edərək tədbir iştirakçılarını salamladı. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti aparatının əməkdaşları Ədalət Teymurov, Ceyhun Abbasov, Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Sadiq İbrahimov, şəhidin ailə üzvləri Arif Məhərrəmov, Maarif Məhərrəmov, Kəmalə Məhərrəmova, Azərbaycan Respublikası Şəhid Ailələrinə "Qayğı" cəmiyyətinin sədri Müşfiq Əliyev, "Sabaha inamla" qəzetinin redaktoru Namiq Məmmədli, şəhid Həmidağa Nağıyevin anası Qənirə Nağıyeva iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi