Şuşanın işğalından 27 il keçir

   1992-ci il mayın 6-na keçən gecə erməni birləşmələri Şuşada "Dağlarda toy" adı altında hərbi əməliyyata başladılar. Mayın 8-də Şuşa işğal olundu. 10 saatdan artıq davam edən döyüşdə 1860 nəfər azərbaycanlı yaralandı, 480 nəfər həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

   Bu gün Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə "Gözlə gələcəyəm, Şuşam ay Şuşam" adlı ədəbi-bədii kompazisiya keçirildi. Şuşanın qədim tarixindən 1992-ci il 8 maya qədər olan dövrünü səhnədə canlandırdılar.

   Tədbirdə həmçinin Ali Baş Komandan İlham Əliyevin əmri ilə tezliklə Şuşanın alınacağı günün gələcəyini tamaşaçılara çatdırdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi