Zərifə xanım Əliyevanın əziz xatirəsi yad edildi

   28 aprel Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın doğum günüdür.
   Zərifə Əliyevanın Azərbaycan  oftalmologiya elminin inkişafında xüsusi xidmətləri ölçüyə gəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Zərifə xanım Əliyeva Ümumittifaq Oftalmologiya Cəmiyyəti Rəyasət Heyyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyyətinin üzvü olmuşdur. M.İ. Averbax adına mükafata layiq görülmüşdür. O, 150-ə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
   Bu gün Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin 8a, 9a, 10a, 10b və 11a siniflərində keçirilən təşkilat saatları Zərifə Əliyevanın doğum gününə həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi