Məktəbdə Mülki Müdafiə Günü keçirildi

   "Mülki Müdafiə" haqqında Azərbaycan Respublikası Qanununun, "Mülki Müdafiənin təmin edilməsi" barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarının və digər rəhbər sənədlərin tələblərinin yerinə yetirilməsinə, Mülki Müdafiənin təşkilinə, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, ehtimal olunan və baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin illik "Mülki Müdafiə Planı"na əsasən məktəbdə 25 aprel 2019-cu il tarixində Mülki Müdafiə Günü keçirildi.
   Mülki Müdafiə Günü Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Məktəbin direktoru Gülnaz Abdullayeva Mülki Müdafiə Günü münasibətilə tədbir iştirakçılarını salamladı. O, şagirdlərin fövqəladə hallara qarşı necə hazır olmasının yolları haqqında ümumi məlumat verdi. Bundan sonra tədbiri aparmaq üçün söz Məktəb Mülki Müdafiə Qərərgahının rəisi Mehriban Quliyevaya verildi. O, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma və inkişaf yolu, Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaranması haqqında şagirdlərə məlumat verdi. Daha sonra məktəbin hərbi rəhbəri Mahir Qocayev fövqəladə hadisələr zamanı xilasetmə işlərinə aid olan ilk tibbi yardım zamanı insanlara süni nəfəsin verilməsi və ürəyin qapalı masajının edilməsi qaydalarını nümayiş etdirdi. Şagirdlər məktəbin həyətindəki "yanğını" söndürdülər, "zərər çəkənləri" təcili tibbi yardım maşınına apardılar. Məktəbin Mülki Müdafiə Gününün sonunda 10a, 10b, 11-ci siniflər fərqləndiyi üçün onlara məktəb rəhbərliyi tərəfindən təşəkkür elan edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi