22 aprel - Yer kürəsi günüdür

   Beynəlxalq Yer Kürəsi Günü və ya "Ağac Günü" — keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi. Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olundu. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırdı. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətləndi. Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başladılar.

   Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin 9v sinif rəhbəri, biologiya müəllimi Sevinc Əliyeva təşkilat saatında şagirdlərlə 22 aprel - Yer kürəsi günü ilə əlaqədar tədbir keçirdi. Şagirdlər həm də açıq havada Yer kürəsinin modeli olan qlobusla yaşıllığı, çiçəklənməyi göstərib, Yer kürəsinin müharibələrdən uzaq çiçəkli bir dünya olmasını arzuladılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi