Mart soyqırımından 101 il keçir

   1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni daşnaqları azərbaycanlılara qarşı misli görülməmiş vəhşiliklər törətdilər. Bu soyqırım zamanı 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə adam itkin düşmüşdür. 

   Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 

   Bu gün Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa, həmçinin sinif təşkilat saatları keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi