Torpaq çərşənbəsinə həsr olunmuş bayram tədbiri keçirildi

   Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin 7a sinif şagirdlərinin iştirakı ilə Torpaq çərşənbəsinə həsr olunmuş bayram tədbiri keçirildi. Bayram tədbirində məktəbin şagirdləri, valideynlər, müəllimlər iştirak edirdi. 

   Bu gün ilin son çərşənbəsi - Torpaq çərşənbəsidir. Sonuncu çərşənbə olan Torpaq çərşənbəsi xalq arasında "Yer çərşənbəsi”, "İlaxır çərşənbə” də adlanır və bir çox bölgələrdə, hətta Novruz bayramından da çox təmtəraqla qeyd olunur. Torpaq çərşənbəsində tonqal qalanması, plov dəmlənməsi, səməni cücərdilməsi, xonça hazırlanması, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, məzar ziyarəti və s. kimi xalqımızın qədimdən bu günə kimi yaşatdığı bir çox adət-ənənələr var. İnama görə bu çərşənbə vaxtı torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da insanlara baharın gəlişindən müjdə verir. Torpaq insanlar üçün müqəddəsdir, yaradılışın maddi əsası hesab edilir. Torpağın müqəddəsliyi həm də vətən, yurd, el-oba anlayışı ilə də bağlıdır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır. Yazda torpağın oyanması dirilmə, canlanma anlayışı ilə əlaqədardır.  Torpaq çərşənbəsindən sonra torpaq oyanır, əkinə hazır olur. Toxum səpilir, bağ-bağçalarda yeni ağac tingləri əkilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi