Bədən Tərbiyəsi və İdman bayramı keçirildi

   5 Mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bədən Tərbiyəsi və İdman Günü"nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
   Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də  Ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında Dünya və Avropa Çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. İdman fondunu təsis edib. Bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 
   Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə bu gün 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş böyük bayram tədbiri keçirildi. Tədbirdə idmanın müxtəlif növləri üzrə məşğul olan şagirdlərimiz nümunəvi çıxışlar etdilər. Sonda yarışlarda qalib gələn idmançıların paradı oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi