Beynəlxalq Ana dili Günü qeyd olundu

   Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə bu gün "21 fevral - Beynəlxalq Ana dili Günü"nə həsr olunmuş tədbir keçirildi.

   Beynəlxalq Ana dili Günü UNESKO-nun 1999-cu ilin noyabrında keçirilən baş konfransının XXX sessiyasında təsis edilib. Hər bir insan öz Ana dilini yaxşı bilməli və qorumalıdır.

   Ulu öndər Heydər Əliyev 2001-ci il avqustun 9-da "Azərbaycan Əlifbası və Azərbaycan dili Gününün təsis edilməsi haqqında" fərman imzaladı. Həmin vaxtdan etibarən 9 avqust Vətənimizdə Ana dili Günü kimi qeyd olunur. 2002-ci ilin sentyabrın 30-da da qanun qəbul edilmişdir. 

   Bu günkü tədbirdə çıxış edənlər Azərbaycan dilini Oğuz qrupuna daxil olan fonetik, leksik, qramatik quruluşuna görə dünyanın ən inkişaf etmiş zəngin dillərindən biri olduğunu qeyd etdilər. Bu dildə Azərbaycan ədəbiyyatı inciləri - Dədə Qorqud dastanları, Nəsimi, Füzuli, M.F.Axundov, M.Ə.Sabir, Mirzə Cəlil kimi dahilərin əsərləri yazılmışdır. Tədbirdə məktəbin yuxarı sinif şagirdlərinin hazırladıqları Ana dilinə aid şeirlər, mahnılar və dil haqqında aforizmlər səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi