Xocalı faciəsi ilə əlaqədar tədbir keçirilmişdir

Bu gün Sabunçu rayonu, Telman İsgəndərov adına 142 saylı tam orta məktəbdə Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri açıq elan edən məktəbin direktoru Gülnaz Abdullayeva Xocalı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etmişdir. Şagirdlər Xocalı faciəsini əks etdirən şeirlər söyləmiş, Xocalı faciəsinə həsr olunmuş filmə baxmışlar. Tədbirdə milli qəhrəman Aytəkin Məmmədovun qardaşı oğlu, XI sinif şagirdi Tural Məmmədov çıxış edərək erməni faşistlərindən intiqam alacaqlarına, bayrağımızın Şuşada dalğalanmasında iştirak edəcəklərinə and içmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi