Abdulla Şaiqin "Tıq-tıq xanım" əsərinin yeni quruluşda tamaşası oldu

   Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə bu gündən etibarən ibtidai sinif şagirdləri üçün səhnələşdirilmiş əsərlərin müsabiqəsinə start verilmişdir. Şagirdlərin oxuyub anlama bacarıqlarını inkişaf etdirmək məqsədilə Azərbaycan xalq nağıllarının səhnələşdirilməsinə başlanılmışdır. Bu gün 3a sinif (müəllim Səkinə Ağayeva) şagirdlərinin ifasında Abdulla Şaiqin "Tıq-tıq xanım" əsərinin yeni quruluşda tamaşası olmuşdur. Şagirdlər tamaşanı müasir dövrümüzlə əlaqələndirib dostluğa böyük qiymət vermişlər, onlar ermənilərin Azərbaycan torpaqlarına ərazi iddialarını öz tamaşalarında canlandırmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi