Lütfi Zadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi

   Bu gün dünya şöhrətli alim, süni intellekt sahəsində "qeyri səlist məntiq" nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Azərbaycan Diaspor Təşkilatının Amerikadaki fəxri sədri Lütfəli Rəhim oğlu Ələsgərzadənin - Lütfi Zadənin doğum günüdür.
   Bu münasibətlə Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin 10a sinfində alimin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Məktəbin fizika müəllimi Səadət Mehdiquliyeva, azərbaycanlı alimin keçdiyi həyat yolu haqqında şagirdlərə məlumat verərək, onun bir çox xarici ölkə akademiyalarının üzvü olduğunu, mötəbər cəmiyyətlərin və fonların mükafat və medallarına layiq görüldüyünü, onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olduğunu qeyd etdi. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. O, 2017-ci ildə 6 sentyabrda vəfat etmişdir (96 yaşında). Bakıda, Fəxri Xiyabanda dəfn olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi