Gənclər Təşkilatının üzvləri ilə dəyirmi masa keçirildi

   2 Fevral - Gənclər Günü münasibətilə Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Gənclər Təşkilatının üzvləri ilə dəyirmi masa keçirildi. Dəyirmi masada çıxış edənlər Ümummilli lider Heydər Əliyevin istər sovet Azərbaycanına, eləcə də müstəqil respublikaya rəhbərlik etdiyi illərdə gənclər siyasətinin dövlətin prioritet istiqamətlərindən birini təşkil etdiyini qeyd etdilər. 
   Azərbaycanda bu gün həyata keçirilən və yüksək nəticələr verən gənclər siyasətinin əsası ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizə dövlət quruculuğu prosesində daha mütəşəkkil şəkildə iştirak etmək üçün yol göstərmiş oldu. 1996-cı il 2 fevralda keçirilən form Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının təntənəsi oldu. 1999-cu ilin iyulunda Ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş dövlət gənclər siyasəti  bu gün onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərin nəzərinə çatdırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi