Valideynlərlə görüş keçirildi

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.12.2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının aparılması Qaydası"nın qüvvəyə minməsi ilə əlaqədar Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə valideynlərlə görüş keçirilmişdir.

    İclasda iştirak edən V-XI sinif şagirdlərinin valideynlərinə Məktəbdaxili Qiymətləndirmə ilə əlaqədar yeni Təlimat izah edilmişdir. Valideynləri maraqlandıran suallara məktəbin direktoru Gülnaz Abdullayeva cavab vermişdir.

    Qeyd: I-IV sinif şagirdlərinin valideynləri ilə görüş gələn həftənin əvvəli nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi