Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

    Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar Müəllimi Gülnaz Abdullayeva açdı. Gülnaz Abdullayeva Heydər Əliyevin keçdiyi həyat yolundan danışaraq onu Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, 20-ci yüzilliyin 90-cı illərində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan Respublikasının xilaskarı adlandırdı. Bütün ruhu, varlığı ilə öz xalqına, doğma yurduna bağlı olan bu böyük, dahi şəxsiyyət müxtəlif sistemlərdə, bir-birinə zidd siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə ən çətin tarixi dövrlərdə və amansız təqiblər şəraitində belə doğma Azərbaycana xidmət etmişdir. Böyük dövlət xadiminin ömür yolunun bütün məqamlarını bir nadir keyfiyyəti səciyyələndirir - Vətən mücadiləsi və hər zaman, hər yerdə, bütün vəzifələrdə Ana Vətənin, doğma xalqının tərəqqisi üçün can qoymaq. 

    Gülnaz Abdullayeva 1993-cü ilin iyun günlərində Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlamış qurtuluş mübarizəsinin özünün yeni, həlledici mərhələsinə qədəm qoyduğunu, bütün Azərbaycanın qurtuluşunun başlandığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. 

    Azərbaycan üçün çətin dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi. Vətənin qurtuluş savaşına başçılıq etdi. Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil oldu. Azərbaycan dövlətçiliyini, siyasi varlığımızı yox olmaq təhlükəsindən xilas etdi və tariximizdə, həm də Azərbaycan dövlətçiliyinin xilaskarı kimi böyük bir ad qazandı. Bu şanlı misiyanı Heydər Əliyev son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə yerinə yetirdi. 

    Məktəbin 9, 10 və 11-ci sinif şagirdlərinin ifasında şeirlər səslənib, mahnılar oxundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi