Telman İsgəndərovun anım günü keçirildi

10 fevralda Telman İsgəndərov adına 142 saylı tam orta məktəbdə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Telman İsgəndərovun anım günü keçirildi.Telman Nadir oğlu İsgəndərov 1973-cü ildə anadan olmuşdur. 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə həlak olmuşdur.1995-ci ildə Bilgəh qəsəbəsindəki 142 saylı tam orta məktəbə şəhid Telman İsgəndərovun adı verilmiş, məktəbin həyətində büstü ucaldılmışdır. Bu gün məktəbin şagirdləri Telman İsgəndərovun Bilgəh qəsəbəsindəki məzarını ziyarət etmiş, xatirəsini yad etmişlər. Sonra məktəbin həyətində büstü önündə tədbir keçirilmişdir. Məktəbin hərbi rəhbəri Mahir Qocayev Telmanın keçdiyi həyat və döyüş yolundan bəhs etmişdir. Şagirdlər Vətənə, şəhidlərə aid şeirlər söyləmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi