Mübariz İbrahimova həsr olunmuş tədbir keçirilmişdir

Sabunçu rayonu, Telman İsgəndərov adına 142 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülnaz Abdullayeva açmışdır. Mübariz İbrahimovun, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin müəllimləri Mahir Qocayev və Mələksima Quliyeva M. İbrahimovun keçdiyi həyat və döyüş yolundan danışmışlar. Şagirdlər öz çıxışlarında Mübarizdən nümunə götürdüklərini və onun intiqamını alacaqlarını qeyd etmişlər. Şagirdlər şeirlər söyləmiş, Mübarizə həsr olunmuş film nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi