Şagirdlərimiz Gəncəyə yola düşdülər

    Artıq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şagirdlər Azərbaycanın müxtəlif bölgələrinə səyahətlər edirlər. Bu səyahətlərin şagirdlərin dünya görüşündə, onların formalaşmasında, Vətənimizin torpaqlarını, bölgələrini tanımasında böyük, əvəzsiz rolu var.

    Sabunçu rayonu İcra Hakimiyyəti 18 noyabrda Sabunçu gənclərini Gəncəyə yola saldı. Bu "Ölkəmizi tanıyaq" 10-cu maarifləndirici tur aksiya idi. Bu turda məktəbimizi 2 nəfər nümunəvi şagird təmsil edir. 10a sinif şagirdləri Akif Vəlizadə və Murad Novruzzadə "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Gəncə şəhərinə çatdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi