Gənclər günü münasibətilə "Dəyirmi Masa" keçirilmişdir

2 fevral Gənclər günü münasibətilə 142 saylı tam orta məktəbdə 9-10-11-ci sinif şagirdləri üçün "Dəyirmi Masa" keçirilmişdir. Gənclər əvvəlcə məktəbin həyətində ucaldılmış Telman İsgəndərovun büstü önünə çiçək dəstələri qoymuşlar.Məktəbin direktoru G.F.Abdullayeva çıxış edərək gəncləri bu gün münasibətilə təbrik etmiş, "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası qanunu haqqında məlumat vermişdir.Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 1-də 2 fevral Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında sərəncam imzaladığını, gənclərin VI-a forumu haqqında məlumatları şagirdlərin nəzərinə çatdırmışlar.Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncamının gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət etdiyini qeyd edən Gülnaz Abdullayeva 2007-ci ilin ölkədə "Gənclər ili" elan edildiyini, dövlət orqanlarına işə qəbul edilənlərin 60%-dən çoxunun gənclərin təşkil etdiyini, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı" çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsini qeyd etmişdir. Bakıda "Gənclər mərkəzi"nin, regionlarda "Gənclər evi"nin inşa edilməsi gənclərə göstərilən qayğının nəticəsidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi