Məktəbdə pedaqoji şura keçirilmişdir

Sabunçu rayonu, Telman İsgəndərov adına 142 saylı tam orta məktəbdə I yarımilin nəticələrinə həsr olunmuş pedaqoji şura oldu. Pedaqoji şuranın sədri Gülnaz Abdullayeva yığıncağı açıq elan edərək gündəlikdə duran məsələlərdən danışdı. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Kapital Bankın birgə keçirdiyi "Azərbaycan üçün tanıt" layihəsi haqqında məlumat verdi. Azərbaycanın 5 bölgəsində həyata keçiriləcək bu layihə sosial ədalətsizliyi aradan qaldırmaq üçün "qeyri-maddi kapitalı" - bilik və bacarıq təcrübələrini bölüşməyə hazır olan vətəndaşlarımız ilə birgə həyata keçirilən milli təhsil proqramı vasitəsilə şagirdlər əlavə bilik, bacarıq fərdi inkişaf üçün vacib olan motivasiya və inamın qazanılması məqsədini güdür. Bu proqram şagirdlərin dünyagörüşünü zənginləşdirir və onlar üçün yeni imkanlar yaradacaq.I yarımilin nəticələri müzakirə edilmiş, qərarlar qəbul edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi