Siniflər arasında bilik yarışı keçirilmişdir

142 saylı məktəbdə 9a - 9q sinifləri arasında Ana dili, riyaziyyat, Azərbaycan tarixi, kimya, fizika, biologiya fənləri üzrə əyləncəli yarış keçirilmişdir. 9a sinfinin "Qarabağ" komandası, 9q sinfinin "Azərbaycan" komandası verilən suallara ətraflı cavab vermişlər. Yarışın sonunda 47 - 41 hesabı ilə 9q sinfinin "Azərbaycan" komandası qalib gəlmişdir.Yanvarın 23-ü 142 saylı məktəbdə 5-ci siniflər arasında "Tariximiz qeyrətimiz" adlı yarış keçirilmişdir. Yarışda 5 komanda iştirak etmişdir. Şagirdlərə Azərbaycanın dünənki və bügünkü tarixi haqqında suallar verilmişdir. 5a - 5v - 5q sinfinin şagirdləri suallara daha yaxşı cavab verdiyinə görə 2-ci tura keçid almışlar. 2-ci turun fevral ayında keçirilməsi nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi