Gənclər təşkilatının hesabat-seçki yığıncağı keçirildi

    Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə bu gün şagird və gənclər təşkilatının hesabat-seçki yığıncağı keçirildi. Gənclər təşkilatının sədri, hazırda Odlar Yurdu Universitetinin tələbəsi Nurlan Ağazadə 2017/2018-ci dərs ilində məktəb gənclər təşkilatının gördüyü işlərdən ətraflı danışdı. O qeyd etdi ki, gənclər təşkilatı dövlət gənclər siyasətinin davamı olaraq məktəbdə gənclərin asudə vaxtının təşkili, onların müxtəlif tədbirlərdə iştirakını təmin etmişdir. Daha sonra şagird və gənclər təşkilatının yeni tərkibi seçildi. Camal Əsgərov məktəb şagird təşkilatının sədri, Akif Vəlizadə isə məktəb gənclər təşkilatının sədri seçildi.

    Məktəb rəhbərliyi şagirdlərin problemləri ilə tanış oldu, onları maraqlandıran suallara cavab verildi. Sonda şagird və gənclər təşkilatının üzvləri ilə xatirə şəkili çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi