I-IV sinif şagirdlərinin valideynləri üçün "Açıq qapı günü" keçirildi

    Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin I-IV sinif şagirdlərinin valideynləri üçün "Açıq qapı günü" keçirildi. Açıq qapı günündə iştirak edən hər bir valideyn uşaqları ilə əlaqədar müəllimlərin rəyinə diqqətlə qulaq asdılar. Onları maraqlandıran suallara cavab aldılar. Sinif müəllimləri də öz növbəsində bu il məktəbdaxili qiymətləndirmədə edilən dəyişikliklər haqqında valideynləri ətraflı məlumatlandırdılar. Onlar bildirdilər ki, 1-ci siniflərdə qiymətləndirmə olmayacaq. 2 və 3-cü siniflərdə isə böyük summativlər ləğv olunub, keçirilməyəcək. Bir yarımil ərzində 3 kiçik summativ keçirilməsi nəzərdə tutulmuşdur. Müəllimlərlə valideynlərin bu görüşü çox uğurlu alındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi