2018/2019-cu dərs ilinə həsr olunmuş sentyabr Pedaqoji Şurası keçirildi

    Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 2018/2019-cu dərs ilinə həsr olunmuş sentyabr Pedaqoji Şurası keçirildi. Pedaqoji Şura Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsilə öz işinə başladı. Pedaqoji Şurada çıxış edən məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar Müəllimi Gülnaz Abdullayeva şura üzvlərini salamlayaraq yeni dərs ilinin başlaması münasibətilə müəllim heyyətini təbrik etdi.

 

    Daha sonra 2017/2018-ci dərs ilinin yekunları və qarşıda duran prioritet vəzifələr barədə kollektivə məlumat verildi. Pedaqoji Şurada bu il məktəbə qəbul olunmuş müəllimlər iştirak edirdilər. Onlar pedaqoji kollektivlə tanış oldular və özləri haqqında müəllim həmkarlarına məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi