Şagirdlərimiz "Özünlə başla" layihəsində iştirak etdilər

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sabunçu rayonu Gənclər Evi 21-27 iyun tarixində "Özünlə başla" adlı Sabunçu "Yay məktəbi" layihəsini təşkil etmişdir. Məktəbimizin 7 nəfər şagirdi həmin yay məktəbində iştirak etmişdir. Şagirdlərlə həmin müddətdə aparılan oyunlar, ekskursiyalar, təlimlər şagirdlərin çox xoşuna gəldi. Tədbir bitdikdən sonra şagirdlərə sertifikatlar verildi.

    9-cu sinif şagirdləri Murad Novruzov, İsmayıl Süleymanlı, Zaur İmamverdili, Hüseyn Talıbov, Misirxan Səfərov "Yay məktəbi"ndən çox razı qaldılar. Onlar "Yay məktəbində" çoxlu dostlar qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi