IX sinif şagirdlərinin buraxılış imtahanlarının 1-ci mərhələsində göstərdikləri nəticələr müzakirə olundu

    Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə təhsil alan IX sinif şagirdləri və onların valideynləri ilə məktəb rəhbərliyinin və Ana dili, riyaziyyat müəllimlərinin görüşü keçirilmişdir. Görüşdə çıxış edən məktəbin direktoru Gülnaz Abdullayeva şagirdlərin buraxılış imtahanlarının 1-ci mərhələsində Ana dili və riyaziyyat fənlərindən aldıqları qiymətləri valideynlərin nəzərinə çatdırmışdır. Görüşdə həmçinin davranış qaydaları, şagirdlərin gün rejimi, asudə vaxtlarının təşkili də müzakirə olunmuşdur. Valideynləri maraqlandıran suallara fənn müəllimləri və məktəb rəhbərliyi cavab vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi