Şuşasız keçən 26 il...

    Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə bu gün erməni işğalçıları tərəfindən 1992-ci ilin 8 mayında işğal olunmuş Şuşa şəhərinin alınma günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə iştirak edən şagirdlər Şuşanın işğaldan əvvəlki tarixinə aid video-çarxa baxmış, Şuşanın Azərbaycan mədəniyyətinə və incəsənətinə bəxş etdiyi dahi şəxsiyyətlər haqqında məlumat almışlar.
    

    Şagirdlər Şuşanın alınması gününə həsr olunmuş ədəbi-bədii kompazisiyada erməni işğalçılarının Şuşada törətdikləri vəhşilikləri səhnələşdirərək tamaşaçılara çatdırdılar. Sonda Şuşanın alınacağı günün çox da uzaqda olmadığını qeyd edən şagirdlər Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə Şuşanın tezliklə alınacağını arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi