Məktəbin şagirdləri "Şahin" hərbi idman oyunlarında Fəxri Fərmana layiq görüldülər

Dünən Sabunçu rayonunu təmsil edən məktəbimizin şagirdləri "Şahin" hərbi idman oyunlarının Bakı şəhəri üzrə zona mərhələsində uğurla çıxış etdilər. Onlar "çadırın qurulması və sökülməsi", "maskalanma-əleyhqazın geyilməsi" nominasiyası üzrə mərhələdə fərqlənərək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərmanı ilə təltif olundular.