Şagirdlər Vətən uğrunda həlak olanların abidəsini ziyarət etdilər

    II Dünya müharibəsində faşizm üzərində qələbə çalınmasından 73 il ötmüşdür. Bu gün Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin şagirdləri Bilgəh qəsəbəsində yerləşən, II Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər. Şagirdlər Vətənə, Azərbaycana həsr olunmuş şeirlər söylədilər. Məktəbin müəllimi Sayuz Muxtarov çıxış edərək erməni faşistləri üzərində qələbə çalacağımız günün çox yaxında olduğunu şagirdlərin nəzərinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi