Xocalı faciəsi qurbanlarının xatirəsi yad edildi

    Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirildi. Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Akif Əliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı motoatıcı alayın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi qətliamlar haqqında məlumat verdi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

    Tədbir iştirakçıları Xocalı faciəsini özündə əks etdirən video-filmə baxdılar. Şagirdlər şeir söyləyib Xocalı uşaqlarının qanlarının yerdə qalmayacağına, qisas gününün çox da uzaqda olmadığına and içdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi