Ana dilim - şirindir

    21 Fevral - Milli varlığın ifadəsi Beynəlxalq Ana dili günüdür. Bu münasibətlə Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Quliyeva Mələksimanın hazırladığı ssenari əsasında 9v sinif şagirdləri dilimizin incəlikləri, Ulu Öndər Heydər Əliyevin dil haqqında aforizmlərini söylədilər. Dədə Qorqud dövründən inkişaf edən dilimizin Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əfsələddin Xaqani, Nəsimi, Füzuli, Sabir, Şəhriyar qələmindən doğan sətirlər ilə zənginləşdirilməsindən danışdılar. Xətainin "Dilimiz - qeyrətimiz" ifadəsini, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın dil haqqında şeirlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi