Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edildi

    Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülnaz Abdullayeva açdı. Mübariz İbrahimovun, eləcə də Vətənin azadlığı uğrunda şəhid olmuş bütün şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söylədi, mahnılar oxudular. Mübariz İbrahimovun döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirildi. Tədbirin sonunda gənclər Mübariz kimi Vətəni qorumağa, onun yolunda canlarından keçməyə and içdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi