Gənc müəllimin açıq dərsi keçirildi

    2017/2018-ci dərs ili Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Təhsildə keyfiyyət ili" elan olunmuşdu. Keyfiyyət ili ilə əlaqədar Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə "Fəaliyyət Planı"na əlavə bəndlər artırılmışdır. Belə ki, şagird nailiyyətinin izlənilməsi, müəllimlərin peşəkarlıq fəaliyyətinin artırılması istiqamətində görüləcək bütün işlərdə tədrisin keyfiyyətinin artırılması ön plana çəkilmişdir. Məktəbdə gənc müəllimlərlə işin təşkilinə xüsusi diqqət verilir. Bu ilki dərs ilində məktəbə informatika müəllimi qəbul edilmiş Əliyeva Sevincin 5c sinfində "Şəklin fraqmentilə iş" mövzusunda açıq dərsi keçirildi. Məqsəd gənc müəllimin pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, özünəinamın, yaradıcı işə meylinin səviyyəsinin öyrənilməsi idi. Şagirdlər üçün dərsdə informasiyaların tətbiq edilməsi, İKT bacarıqlarının inkişafı ön plana çəkilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi