Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

    Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Məktəbin direktoru Gülnaz Abdullayeva tədbiri açıq elan etdi. Azərbaycan Respublikasının dövlət himni səsləndi. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video-film nümayiş etdirildi. Məktəbin müəllimi Məhəbbət Hüseynova, tarix müəllimi Akif Əliyev, coğrafiya müəllimi Sahilə Fərəcova Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə məlumat verdilər. Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi