Şagirdlər öz təəssüratlarını dostları ilə bölüşdülər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyada Sabunçu rayonu məktəbliləri arasında 142 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Ağazadə Həmayil və 10a sinif şagirdi Bayramzadə Əli iştirak etmişdir. Bu gün həmin şagirdlər öz məktəbli dostlarına Cənub bölgəsinin tarixi abidələri, Milli Parkı, adət-ənənələri, müasir tikililəri, mətbəxi haqqında məlumat verdilər. Cənub bölgəsinə səfər edən şagirdlərimiz başqa məktəblərin şagirdləri ilə yaratdıqları dostluq əlaqələrindən, keçirdikləri breyrinq yarışmasında qalib gəlmələrindən həvəslə danışdılar. Tədbir zamanı Cənub bölgəsinə yola salınmadan, səfərdə çəkilmiş fotolardan hazırlanmış video-çarx nümayiş etdirildi. Ağayev Həmayil və Bayramzadə Əli öz çıxışlarında onlara bu şəraiti yaratdığı üçün ölkə Prezidentinə və Sabunçu Rayon İcra Hakimiyyəti başçısına dərin təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi