Məktəbimizin şagirdləri daha bir müsabiqənin qalibi oldu

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı və şeir müsabiqələrinin mükafatlandırılması mərasimində Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin 3 nəfər şagirdi iştirak etmişdir. 8a sinif şagirdi Hüseynov Hüseynağa və 10a sinif şagirdi Şəmmədli Kəklik "Mənim bayrağım" adlı inşa yazısının qalibi, 10a sinif şagirdi Abdulqədirova Səma şeir müsabiqəsinin qalibi olmuşdur. Qaliblərə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən sertifikatlar təqdim olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi