Məktəbəhazırlıq qruplarında məşğələlər səmərəli təşkil olunub

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə beş yaşlıların məktəbə hazırlığına xüsusi önəm verilir. Bu günlərdə Təhsil Nazirliyinin məktəblərə göndərdiyi vəsaitlər müəllimlərə şagirdlərlə daha səmərəli işləməkdə yardımçı olur. Çox nəfis şəkildə hazırlanmış əyani vəsaitlər uşaqların məntiqi və riyazi təfəkkürünün inkişafına xidmət edir. Vəsaitlər vasitəsi ilə uşaqlar yol hərəkəti qaydaları və nişanları, təhlükəsizlik qaydaları, sənət və peşələr, musiqi alətləri, milli naxışlar, heyvanlar aləmi (ev heyvanları, vəhşi heyvanlar, ev quşları, çöl quşları, suda və suda-quruda yaşayanlar, həşəratlar), təbiət, nəqliyyat vasitələri haqqında məlumat alacaqlar.Məktəbəhazırlıq qruplarında məşğələlər Bənövşə Novruzova, Məhəbbət Hüseynova, Ülviyyə Quliyeva tərəfindən yüksək səviyyədə təşkil olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi