Zəngilanın işğalına həsr olunmuş tədbir keçirildi

Oktyabrın 30-da Azərbaycanın Zəngilan rayonu erməni qəsbkarları tərəfindən işğal olundu.Bu gün Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Zəngilanın işğalına həsr olunmuş "Dəyirmi masa" keçirildi. Məktəbin tarix müəllimi Lalə Məmmədova şagirdlərə geniş məlumat verdi. Zəngilandan köçmüş ailənin övladı Süleymanov İsmayıl babasının Zəngilan uğrunda apardığı döyüş əməliyyatlarından danışdı. "Dəyirmi masa"da iştirak edənlər bütün işğal olunmuş torpaqlarımızın, o cümlədən Zəngilanın qayıdacağı günü ümidlə gözlədiklərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi