BMT günü keçirildi

Oktyabrın 24-ü BMT günüdür. Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə BMT günü qeyd edildi. Tədbirdə çıxış edən tarix müəllimi Əliyev Akif 1971-ci ildən Baş Assambleyanın tövsiyyəsi ilə bu tarixin bütün üzv ölkələrdə qeyd edildiyini vurğuladı. Azərbaycan 20 ildən çoxdur bu təşkilatın fəaliyyətində özünəməxsus yeri ilə seçilir. 1992-ci il martın 2-də BMT nəzdində öz daimi nümayəndəliyini açdı. Tədbirdə 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələrin qəbul edildiyini, lakin Ermənistanın bu qətnamələrə əməl etmədiyini şagirdlərin nəzərinə çatdırdı. Azərbaycan 2013-cü ilin sentyabrında BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi