Müstəqilliyimiz əbədidir!

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyi Gününə həsr olunmuş böyük bayram tədbiri keçirilmişdir. Tədbir Azərbaycanın Dövlət Himni ilə açıldı. Tədbirdə məktəbin direktoru Gülnaz Abdullayeva "Müstəqilliyimiz əbədidir!" mövzusunda çıxış etdi. Müstəqilliyimizə həsr olunmuş video-film nümayiş olundu. Filmdə müstəqilliyimiz əldə ediləndən sonra yaranmış separatizm, işğalçılıq, daxili çəkişmələr, Azərbaycanın yox olmaq təhlükəsi və Ulu Öndərin hakimiyyətə xalqın tələbi ilə qayıdışından sonra yaranmış stabillikdən, quruculuq işlərindən bəhs edildi. Həmçinin Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənablarının bu siyasəti uğurla davam etdirməsindən söhbət açıldı. Məktəbin şagirdləri maraqlı kompozisiya ilə çıxış etdilər. "Azərbaycan deyiləndə..." adlanan bu kompozisiyada Azərbaycanın keçən əsrdə 2 dəfə müstəqil olmasına aid şeir və mahnılar oxudular. Məktəbin 5c sinif şagirdlərindən ibarət xor kollektivi "Görün, necə bəxtəvər, gözəl günlərimiz var", "Qurban olum Azərbaycan" mahnılarını ifa etdilər. X sinif şagirdləri Hüseynli Kənan, Rəsulova Sona, Şəmmədli Kəkliyin dediyi şeirlər hamının xoşuna gəldi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi