4 oktyabr - Ev Heyvanlarının Mühafizəsi Günüdür

Bu gün Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin biologiya müəllimi Sevinc Əliyeva 8v sinfinin sinif saatında ev heyvanları, onların insanın həyatında rolu və mühafizəsindən danışdı.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 may 2007-ci il tarixli 354-IIIQ nömrəli sərəncamı ilə "Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir.Ev heyvanları dedikdə insanın, xüsusilə ev şəraitində fərdi zövq almaq və yoldaşlıq münasibətləri yaratmaq üçün saxladığı heyvan nəzərdə tutulur.Biologiya müəllimi Sevinc Əliyeva ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasının ümumi maddələri, ev heyvanlarının saxlanılması prinsipləri, sahibsiz heyvanlar üçün əlavə tədbirlər haqqında şagirdlərə məlumat verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi