1 oktyabr - Beynəlxalq Ahıllar Günü

1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin şagirdləri Bilgəh qəsəbəsindəki Müharibə və Əmək veteranları pansionatına, ahılların görüşünə getmişlər. Onlar hazırladıqları hədiyyələri şəxsən qocalara təqdim etmiş, xəstələrə baş çəkmiş, pansionatın akt zalında təşkil edilmiş bayram konsertində iştirak etmişlər. Pansionatın direktoru Qətibə xanım qocalara göstərdiyi qayğıya görə şagirdlərə minnətdarlığını bildirmişdir. Şagirdlərin gəlişi pansionatın qocaları üçün böyük şənliyə çevrildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi