Milli Musiqi Günü

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 6ç sinfinin sinif saatında Azərbaycan Milli Musiqi Günü keçirildi. Məktəbin musiqi müəllimi Məmmədli Gülarə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun sentyabrın 18-də doğum günü olduğunu qeyd etdi. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Görkəmli bəstəkar və drijor Niyazi, Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.Sinif saatında şagirdlər bəstəkarın əsərlərindən ibarət musiqi parçalarını dinlədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi