2017/2018-ci dərs ilinin başlanması münasibətilə “Bilik günü” keçirildi

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 2017/2018-ci dərs ilinin başlanması münasibətilə “Bilik günü” keçirildi. Tədbiri Azərbaycan Respublikasının əməkdar müəllimi Gülnaz Abdullayeva açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Sadiq İbrahimov, Şəhid atası Nadir İsgəndərov, valideyn komitəsinin üzvləri, valideynlər iştirak edirdi. Məktəbin direktoru keçən dərs ilində məktəbin qazandığı uğurlardan danışdı.

 

2017/2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunduğunu, ilk dərsin “Cocuq Mərcanlı – tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunduğunu qeyd etdi. Ali məktəblərə daxil olmuş məktəbin məzunları çıxış edərək təhsildə qazandıqları uğurlara görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Bayram tədbiri rəngarəng musiqilərlə yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi