Məktəbdə pedaqoji şura keçirildi

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə “2016/2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda pedaqoji şura keçirildi. Məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Gülnaz Abdullayeva çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə pedaqoji kollektivi təbrik etdi. Gülnaz Abdullayeva, “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinin başlıca strateji prioritet kimi elan olunduğunu qeyd etdi. Ölkəmiz üçün müasir düşüncəli və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasında ən kütləvi təhsil sahəsi olan ümumi təhsilin xüsusi əhəmiyyətindən danışaraq ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsindən danışdı.Məktəbin direktoru, Bakı şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi sentyabr konfransında təhsil naziri Mikayıl Cabbarovun bu dərs ilində də görülən işlərin davam etdiriləcəyini, həmçinin bir sıra layihələrin həyata keçiriləcəyini pedaqoji kollektivə çatdırdı.Məruzəçi 2016/2017-ci dərs ilində məktəbin XI sinfini 38 nəfərin bitirdiyini, 21 nəfərin sənəd verdiyini, 11 nəfərin qəbul olunduğunu, Heydərli Aygülün daha yüksək nəticə, 647 bal topladığını qeyd etdi.2017/2018-ci dərs ilinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Keyfiyyət ili” elan edildiyi, 15 sentyabrın ilk dərs gününün “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edildiyi qeyd edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi