"Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliq edək" mövzusunda tədbir keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası"nda nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə "Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında" 2017-ci il üçün birgə Fəaliyyət Planı təsdiq edilmişdir. Həmin Fəaliyyət Planının 6.1 bəndinə əsasən Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə VIII-XI sinif şagirdləri üçün "Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliq edək" mövzusunda tədbir keçirildi. Məktəbin direktoru Gülnaz Abdullayeva çıxış edərək milli-mənəvi dəyərlərimizin inkişafında Respublikamızda aparılan məqsədyönlü işlərdən danışdı. O, milli-mənəvi dəyərlərimizin inkişafında Azərbaycan Respublikasının I vitse prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi