18 iyun - Azərbaycanda Milli İnsan Hüquqları Günü

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi Ülviyyə Ruhullayeva iştirak edirdi. Məktəbin direktoru Gülnaz Abdullayeva tədbiri açaraq 2006-cı il dekabrın 28-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" haqqında məlumat verdi. Prezident İlham Əliyevin 2007-ci il, 17 iyun tarixli Fərmanı ilə iyunun 18-i Azərbaycanda Milli İnsan Hüquqları Günü elan edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi