“Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda tədbir keçirilmişdir

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Güloğlan Məmmədov, Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Sabunçu rayon Gənclər İdman idarəsinin rəisi Rakif Əliyev, Respublika Narkoloji Dispanserinin Həkim-Narkoloqu Qalib Məmmədov və digər şəxslər iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Gülnaz Abdullayeva açdı. Narkomaniyanın fəsadları haqqında video-çarx nümayiş etdirildi. Çıxış edənlər narkomaniyanın insan orqanizminə, cəmiyyətə vurduğu ziyanlardan danışdılar. Şagirdlər qonaqlara suallar ünvanladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi